3x3 növü üzrə basketbol millisi Dünya Kubokunun seçmə mərhələsinə qələbə ilə başlayıb

19:14 24.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün basketbolun 3x3 növü üzrə Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələ oyunları start götürüb.

Hafta.az xəbər verir ki, meydana əvvəlcə qadınlardan ibarət Azərbaycan millisi çıxıb.

B qrupunda mübarizə yığma Misirlə qarşılaşıb. Görüş yığmanın 14:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Raşa Deliçin rəhbərlik etdiyi Azərbaycan seçməsi növbəti oyununu Latviyaya qarşı keçirəcək.

Qeyd edək ki, bu gün turnirdə çıxış edən kişilərdən ibarət komandamız da meydana çıxacaq.